5
Yorum
12
Beğeni
5,0
Puan
558
Okunma
Üz döndərdim üzü dönük dostlara,
Nə gərək var etibarsız kəslərə,
Qoşulmayaq yaxşılara,pislərə
Gəl tut əllərimdən ,uzağa gedək!
Bir dünya həsrəti qoyaq geridə,
Gəlməsin bizimlə dərdin biridə,
Bizimlə gedəcək olsaq harada
Bəxtimiz qoyarmı qabağa gedək?
Quraq xəyalları göyün üzündə
Sevgim körpə kimi yatsın dizində,
Qapılıb dalğaya eşq dənizində
Bütün kəm gözlərdən irağa gedək!
Qəlbimin aynası sevincə möhtac,
Dünyaya gözüm tox,ruhum isə ac,
Sevgimi,həsrətmi,sən birini seç
Orada əbədi qalmağa gedək!
Dilarə Süleyman
5.0
100% (10)