6
Yorum
11
Beğeni
5,0
Puan
616
Okunma
Həsrət sevgimizə elə yaraşır
Sanki gül yanağa cığa yaraşır
Allah mən qul kimi yaraşmasam da
Sevgimə sənintək ağa yaraşır.
Yar, verdiyim əhdi pozdu gözlərim
İstəyirdim yağam gələm yanına,
Leysanımla təmizlənsin tozlarım
Nə ölü, nə sağam,gəlim yanına?
Mən rüzgara qapılmış bir buludam
Oyuncağa çeviribdi yel məni
Bircə dəfə demədin ki , ay adam,
Uzaqlarda arama sən gəl məni.
Kipriklərim sahillərin lal daşı
Gəl gəz ayaq izlərini qoyub get,
Sevgin ilə yanır bağrımın başı
Bircə kəlmə sevdiyini deyib get.
Dəli ruhum titrək nanə yarpağı
Xəzan soldurmamış qoparsan yetər.
Cismim ilə məşğul etmə torpağı
Ruhumu götürüb aparsan yetər.
Dilarə Süleyman
5.0
100% (6)