1
Yorum
7
Beğeni
5,0
Puan
621
Okunma
Yanağımdan süzüləndə
İzini sevirəm yar!
Gah küskün, gah şən baxan
Gözünü sevirəm , yar!
Qaşlarında çatılan,
Bulud kimi tutulan,
Hərdən zəhər qatılan,
Nazını sevirəm , yar!
Küsəndə barışmağı,
Halını soruşmağı,
Səninlə danışmağı,
Sözünü sevirəm, yar!
Bir dönüb bax qəlbimə
Su olub ax qəlbimə
Od vurdun çox qəlbimə
Közünü sevirəm, yar!
Məhkumuyam fələyin,
Qurbanıyam ürəyin,
Bəlkə də mən sevməyin
Özünü sevirəm , yar?
Dilara Suleyman
5.0
100% (3)