6
Yorum
10
Beğeni
5,0
Puan
470
Okunma
Üşüyür
Sən mənim yuxuma niyə gəlmirsən?
Yuxumda zülmətdi, yuxum üşüyür!
Güvənsəm dağlara qar düşür, Allah
Ahımı göndərdim, ahım üşüyür.
Kimsə yox ruhumun dar qəfəsində.
Səslə, səadəti tapım səsində,
Qışın ayazıdı can qəfəsində
Körpə uşaq kimi ruhum üşüyür!
Dilarə Süleyman
5.0
100% (6)