5
Yorum
7
Beğeni
5,0
Puan
412
Okunma
bu qədər dərd arasında
sevgidən yazmaq olmur
Ilahi ,vicdan vermisən
əlindən azmaq olmur.
xəyalım dar ağacıdı
Elə bil bar ağacıdı
hər meyvəsi bir acıdı
Əl vurub üzmək olmur!
Əmanətdi verdiyin can
Hökm etmək də olmur asan
Nolar məni bağışlasan?
Bu yüklə gəzmək olmur!
Bir an sonram sirr kimidi,
Gözdə hər şey tir kimi,
Sanki hamı pir kimidi
Bir mənə dözmək olmur.
Göz-gözü görmür içimdə,
Şələdə qalıb köçüm də
Ha deyirəm vaz keçim ta
Həyatdan bezmək olmur.
Dilarə dərvişdir dəli,
Qəlb ağadı ,mirzə əli,
Sən mənə ver ki ,təsəlli
Taledir,pozmaq olmur!
Dilarə Süleyman
5.0
100% (4)