6
Yorum
12
Beğeni
5,0
Puan
454
Okunma
Əhvalım qəmə nəzir
Bəxtim hələ kəm gəzir
Yazan da cəza yazır
Savablarla günahlar
Ödənmir ki, ödənmir!
Gecə uzun, can qəfəs,
Himə bənddi bir nəfəs
Ruhumdakı tənha kəs
Gəlməsə də sabahlar
Yatanmır ki, yatanmır!
Eşq desəm göyə baxdım.
Həsrətəm deyə baxdım.
Gecətək saya bahtım.
Dağlara gedən ahlar
Çatanmır ki , çatanmır!
Allahım, gör halımı!
Aç gözümü, dilimi!
Uzatsamda əlimi
Dərvişi görən ruhlar
Tutanmır ki, tutanmır!
Dilarə Süleyman (nəzir-sadaka)
5.0
100% (10)