5
Yorum
12
Beğeni
5,0
Puan
407
Okunma
Gözün üstə qaşın var,
Varsa sanma başln var
Dünya boyda işin var,
Bacarana baş qurban!
Daş var başdan dəyərli
Qəlb təmiz, niyyət kirli
Quru yandı həmyerli
Ona oldu yaş qurban.
Bu xəmirin suyu yox
Su var amma quyu yox
Müftə bişib , iyi yox
Bu xəşilə diş qurban!
Baş doludur cibsə boş,
Dolu cibdən baş naxoş
Dolu gəlsən bizə düş
Bu qonağa aş qurban!
Baş açmadım fələkdən
Düz seçilmir kələkdən
Təmiz idik mələkdən
Kim bizi vermiş qurban?
Dilarə Süleyman
5.0
100% (8)