7
Yorum
12
Beğeni
4,9
Puan
862
Okunma
İnsan öz gününə ağlar,
Sən də mənə gün ağla!
Sıçramasın günahlar,
Nolar biraz gen ağla.
Yetimə çox can deyən,
Varmı gerçək can əyən?
Yaş axıtma bir ləyən
Ürəyində yan ağla!
Üzün gül, gözün bulud,
Döndərib üzün bulud,
Ömrümdə gəzən bulud
Gözlərimə dön ağla!
Yad bostanda daş mənim,
Daşım düşüb çaş mənim,
Gözlərimdən düş mənim
Mən kiriyim sən ağla!
5.0
90% (9)
4.0
10% (1)