8
Yorum
11
Beğeni
5,0
Puan
1180
Okunma

Özü ola bilməyən!
erməniyə qazını ver....
Yumruq ola bilməyən
Araba da qızını ver....
Ağzını əy öz malına,
Yanma Vətənin halına,
Vədi şələlə dalına
Bu millətə sözünü ver....
Əyin başın cırıq-cırıq,
Üçüncü cins zatıqırıq!
Avropalaşıb batırıq
Arın gedib,ruzini ver...
Bir irəli,beş geriyə,
Kökəl ,sığışma dəriyə,
Uşaq doymur ki ,kiriyə
Çırp, sofranın tozunu ver...
Atəşkəs bizi sintəldib,
Günahlar gözü sintəldib,
Yalanlar düzü sintəldib
Tüpürməyə üzünü ver...
Biz hörmətdən düşməmişik
Hörmət düşüb bilməmişik,
Utansaq da ölməmişik,
Ver,şəhidin yüzünü ver.
Beləcə düşdük axara,
Xainlər çıxmış axıra,
Bunca açılmış paxıra
Nəzir elə ,azını ver.
Adətini dəyişdilər,
Təhsilinə dağ biçdilər,
Torpağını bölüşdülər,
Dilini ver,yazını ver...
Oyanmağa yox halımız,
Qayıtmağa yox yolumuz,
Talanmağa yox malımız
Verə-verə ,özünü ver....
Zatırıq-soysuz
Adət-törə
dağ biçmek-mahv etmək
Sintəltmək-arsızlaştlrmak
5.0
100% (7)