7
Yorum
14
Beğeni
5,0
Puan
472
Okunma
Hər nigaran ürəyin bir özlədiyi vardır,
Aşiqin yurd dediyi sevdiyinin qəlbidir
İstidir, güvənlidir, o nə gözəl diyardır,
Bircə mənə yeri yox, nədir bu ayaz, gülüm?
Bəxtsizlər sırasına bir də məni yaz, gülüm!
Soyuq qış gecəsidir baxışların eləbil
Həyat, mənə qalıbdır yoxuşların elə bil?
Yar məndən alıb gedib naxışların elə bil
Getdiyin gündən bəri ömrümdür bomboz,
gülüm!
Sevənə həsrət düşər, vüsal olar az, gülüm!
Neyləyim sarayları, al əlinə əlimi,
Yellər sovurdu mənim sən yaxdığın külümü,
Yaraşdırma nə olar sevdiyinə ölümü
Söylə ki, gedişimlə eyləmişəm naz, gülüm!
Sən mənimdin həmişə ,olacaqsan öz gülüm.
Dilarə Süleyman
5.0
100% (7)