5
Yorum
11
Beğeni
5,0
Puan
751
Okunma
Mən kimə söyləyim ürək sözümü?
Mən itəndə sən tapardın ,əzizim!
Yollarımı qarışdırdım,izimi
Cığırımı sən apardın,əzizim!
Buludun göz yaşın Günəş silərdi,
Bir sözümdən dərdlərimi bilərdin
Gözlərinlə,baxışınla gülərdin,
Sevincimə sevinərdin, əzizim!
Mən qorxağam,mən kövrəyəm ,bilirsən.
Uzaqda qeydinə necə qalırsan?
Əzizini heç yadına salırsan?
Qulluğunda necə durdun,əzizim?
Həyat sınaq,mən yığmadım balını,
Tapanmadım taleyimin dilini
Kim soruşsun bu fağırın halını?
Xatırlayıb sən sorardın,əzizim!
Sənsiz belə danışıram xəyalla,
Barı yuxularda bir salam yolla!
Küləklərə ,ulduzlara əl yellə!
Yoxluqda da bir sən vardın ,əzizim!
Saniyələr illərə dönmüş yenə,
Dolan ürək astaca dinmiş yenə,
Bitmədimi, zaman dayanmış yenə
Həmişə tez qayıdardın,əzizim!
Dilarə Süleyman
5.0
100% (5)