1
Yorum
7
Beğeni
5,0
Puan
789
Okunma
"""
Varımsansa bu dünyada,
Nədən gönül aldırsın ki?
Yarimsənsə bu dünyada,
Nədən gönül aldırsın ki?
Sevər,yəqin,bəlkəm varsa,
Kitab kitab bəlgəm varsa,
Gölgən yanı gölgəm varsa
Nədən gönül aldırsın ki?
Yağmurumda,dolumdaykən,
Qol qolayıq,qolumdaykən,
Sən həp mənim solumdaykən
Nədən gönül aldırsın ki?
Qəddi evlər yıxan gülüm,
Qar altından çıxan gülüm,
Bir əlim,bir yaxan...Gülüm
Nədən gönül aldırsın ki?
*
5.0
100% (5)