0
Yorum
4
Beğeni
5,0
Puan
963
Okunma
Daş tökülür bacasından ruzimin,
Qazança daş,ləyənçə daş,ləyən daş.
Hesabını qurşağıma yazmışam,
İstəyirsən,istəmirsən bəyən daş.
Dağ başıma gedən yolda dikdi o,
Kor yabıyam belimdəki yükdü o,
Nə qəsrlər,nə saraylar tikdi o -
Məndən ötüb qardaşıma dəyən daş.
İsti yazın yağmurunun yaşı o,
Kim quruyar...kim qurumaz naşı o,
Bəndə kimdi,bir Allahın daşı o,
Tərəzimi tarazımı əyən daş.
5.0
100% (1)