2
Yorum
8
Beğeni
5,0
Puan
635
Okunma
Gün qalxır,
dizini dirəyib yerə,
Utanır elə bil,üzü qızarır.
Qızıl toz səpir o üfüqlərinə,
Bu yerin ağ çölü,düzü qızarır.
Bomboz bir havanı döşünə almış
Çapır sabah yeli kəhərə minib.
Nə qədər xəyallar at üstündədir,
Nə qədər arzular yəhərə minib.
Soyuyur yanağı həftənin,ayın,
Soyuyur günlərin al dodağında.
Təqvimlər fışqırır ehtirasını
Son bahar öpüşü kal dodağında...
Hardadır o səda,o nalə,o səs?
Ruhu həzin olan qulaq kəsilir.
Dilindən dolayı bəlkə bir çinar,
Sözündən dolayı qovaq kəsilir.
Çəkir duyğuları özünə sarı,
Dağlar bəyaz başlı,gözü qürbətə.
Bir ana,sızlayan ayrılıqlara,
Dualar eyləyir üzü qürbətə...
Bu yerin gedəni son bahar dönər,
Xınalar allanar gəlin əlində.
Bir gəlin nazlanar qucağa düşüb,
Saçları giriftar əlin əlində.
Göz qırpır sallanıb bir xəzan yenə,
Səmada ağ quşlar...
Güzar axtarır.
Gizlənib gözündən sabah yelinin,
Bir xəzəl özünə məzar axtarır...
Gün qalxır dizini dirəyib yerə...
5.0
100% (5)