4
Yorum
6
Beğeni
5,0
Puan
454
Okunma
Tutub
Dərdə məlhəm olanmırq canımızı azar tutub,
Gözdən düşən ölüb gedib,qəlbimizi məzar tutub.
Mənlik satan,söz alanlar alverində kasıbladıq
Bazar şeytan yuvasıdır ,bu dünyanı bazar tutub!
Süfrəmizin bərəkətin faiz alıb haram tutub,
Gözə gəlib ,tox gözləri ac gözlərdə nəzər tutub.
Mövzu deyil Vətən,iman,qayğı ,mərhəmətlə huzur
Söhbətimiz qeybət olub,xəlqi giley -güzar tutub.
Hazır ağıllı sözləri paylaşırıq ,düşünmürük
Haqqı deyənin önünü haqsız hörən hasar tutub.
Gözün qalıbsa dünyada həsrəti çək əvəzimə
Bu dünyanın xeyrini gör,ondan Dilarə zər tutub.
Dilara Süleyman
5.0
100% (4)