3
Yorum
3
Beğeni
5,0
Puan
472
Okunma
Allah kişini yaratdı,baxdı necə şad görünür..
Allahın yasaqlarına müti olub yad görünür..
Gördü cüt gözəldir həyat,qadın üçün verdi qərar....
Sevgi adlı möcüzəylə qəlb evi abad görünür..
Bir yoğrulan xəmri ilə,nəfs verən əmri ilə...
Yasaq cazibadar olar,min cür fərqli dad görünür...
Əcdadımız qorusaydı nəfsini cənnətdəidik..
Nəfsinə qul nəsillərik,sonumuz da od görünür..
Dilara Süleyman
5.0
100% (2)