4
Yorum
6
Beğeni
5,0
Puan
420
Okunma
Niyə belə od almısan?
Dərdin -sərin bitməz,dünya!
Zaman keçir,qocalmışam,
Qan izlərin getməz,dünya!
Kişilər qadına bənzər,
Qadınlardan ar gen gəzər,
Öz-özünə salsan nəzər
Abrın-həyan itməz,dünya!
Ah-nalə çıxıbdır ərşə,
Yuva oldun hər pis işə,
Hazır deyilsən görüşə
Yaxşıların yetməz,dünya!
Birisi kefdən azışar,
Bir aclıqdan büzüşər,
Allahdan qorxursa bəşər
Möhtaca əl tutmaz,dünya?
Qətl edilir körpə canlar,
Günahsızlar ağlar,inlər,
Bəhanə olubdu dinlər
Zalımlar rəhm etməz,dünya!
Haqq nahaqq ilə döyüşür,
Meydan oxuyur bizə şər,
Dilarə səndən danışar
Dərdini unutmaz,dünya!
Dilarə Süleyman
5.0
100% (5)