3
Yorum
7
Beğeni
5,0
Puan
466
Okunma
Ürəyim dillənsə səni soruşar,
Qəlbim oyun açır başıma belə,
Gözlərim doludur,qorxuram daşar,
Nolar ,nolar çıxma qarşıma hələ.
Gözlərimi yollar ovuda bilmir,
Susdura bilmədim oyaq həsrəti,
Əllər öz dərdini anlada bilmir,
Dodaqda utancaq dodaq həsrəti .
İndi çıx başımdan ,Sevda havası,
Bircə qırıq ümid yetmir aldanam
Ruhum tərk eləmir bu dar qəfəsi,
Mən uçuşan sisli xəyallardanam.
Könlüm tellərini titrədir külək
Nəğməsi duyulmur,nə həzin gəlir,
Külək layla çalır duyğularıma,
Dəli küləklərlə nəfəsin gəlir
Səni unutmağa öyrəşməmişəm
Qəlbim oyun açır başıma hələ
Mən getdiyin gündən dəyişməmişəm,
Nolar,nolar çıxma qarşıma hələ.
yuregimde izin hala dururken
vuslatimiz yok vedamiz cok erken
dusunmedin birakipta giderken
nolur nolur cikma karsima benim
5.0
100% (6)