3
Yorum
4
Beğeni
5,0
Puan
682
Okunma
Nə yaxşı ki ,varsan dedim
sən öyrətdin yoxu mənə
Qəlbim yanmış qorsan,dedim
Xoşbəxt dedi çoxu mənə
Daha hərkəsə yad könlüm
Sənə görünər şad könlüm
Buz bağlamış bu od könlüm
Eşq,əbədi yuxu mənə.
Könül sazı dinməz əldə
Dərdbiləndi hamı dildə
Hər dibçəkdə açmaz gül də
Haram olmuş qoxu mənə.
Üzüdönük fələk kimi,
xəyal olan dilək kimi ,
Əsdin ,keçdin külək kimi
Qoyub getdin ahı mənə.
Döndüm üzümü dağlara
Ruhumdakı o dağ hara
Köçdüm həzin duyğulara
Sən yadlara oxu məni.
D. S
5.0
100% (3)