2
Yorum
7
Beğeni
5,0
Puan
465
Okunma
Bahar nəsimini çapar eylədim
Aşiqə söylədim, getsən qayıtma
Nərgiz, yasəmənin ətrini duyub
Özgə çəmənzara çatsan, qayıtma!
Çıxsan dağ başına qartal olmazsan,
Geniş düzənlərdə qonaq qalmazsan,
Həsrətdə yanmasan qədir bilməzsən,
Vüsalı dünyaya satsan, qayıtma!
Yağsa, torpaq ətri gətir gələndə,
Yolunda bənövşə bitir gələndə,
Nolar yaddaşını itir gələndə
Bu qəlbdə bir qərar tutsan, qayıtma!
5.0
100% (4)