2
Yorum
6
Beğeni
5,0
Puan
692
Okunma
Fələk, sənlə çoxdu hələ bil, davam,
Saldın məni qəm-möhnətə, azara.
Nə tapmısan mən yazığın canında,
Boz-bulanlıq bu kölgəmi az ara.
Bəd deyərəm gərdişinə bir də ha,
Boz üzünə mən çəkərəm bir dəh a!
İncitmisən, barışmaram bir daha,
Çox yaxına gəlmə, saxla az ara.
Lovğalanma öz gücünə " bən " deyə,
Güc qoyaram mən qarşına, bənd əyə.
Zor gəlirsən hər mülayim bəndəyə,
Əflatun da öz yolundan azar a! . .
dəh - burada qamçı mənasında
bən - türkcə " mən " mənasında
5.0
100% (3)