2
Yorum
7
Beğeni
5,0
Puan
589
Okunma
Qış günündə, isti soba yanında
Oturmuşam, dəftərimə yaza-yaz.
Bəd görünər hər bir tərəf bayırda,
Yay zamanı duman ola, yaz ayaz.
Dağlarımı sis bürüyüb, qar alıb,
Dözəmmirəm, səbrim yaman qaralıb.
Həsrət çəkir bu gözlərim, qaralıb,
Gəlişinlə güldür bizi yaz, a yaz.
Keçən günü xoş xatırla, yaz, an da,
Qiymət versin oxuyan da, yazan da.
Ay Əflatun, sən fəsildən yazanda,
İl içində gözəl keçən yaza yaz.
5.0
100% (5)