1
Yorum
5
Beğeni
5,0
Puan
867
Okunma
Məni, kim tanıyar,məni,
Tanıyan sınayar məni,
Bir mən var,qınayar məni,
Bir mən var,məndən yanadı.
Düzəm yerin böyrü kimi,
Cızılıram əyri kimi,
Satdım allah xeyri kimi,
Aldım,satanlar sanadı.
Səbrdən düşdüm sərgərdan,
Döydüm,döyüşdüm sərgərdan,
Talehsiz quşdum sərgərdan,
Çaldım,qanadım qanadı.
Naşı çalmaz,sim oynadar,
Zır çəngini him oynadar,
Mən bir daşam,kim oynadar,
Dünya altımda xanadı.
Boynundan gələn ağrılar,
Canı can üstə yarğılar,
Ölçər boyunu qarğılar,
Deyərlər adam canadı.
V.S.E.
*
5.0
100% (4)