2
Yorum
6
Beğeni
5,0
Puan
833
Okunma
("xatirələr sokağından")
Erkən qar yağırdı...
Dönürdü buza
qırovlar saçımda,kiprikl ərimdə.
Sənsə gec qalmışdın otuz
doqquza.
Bəlkə də xəstəydin...
Metronun arxası.
İlk dayanacaq.
Narın qar sevirdi xışıldamağı.
Bu qarlı dünyada mənimsə ancaq
..xəyallarım vardı...
Şaxtanın özü də nigaranıydı,
Bəlkə də,günəşin iyini almış.
Səmanın ruzisi qar,dumanıydı,
...hökmüsə Tanrının...
O da üzməmişdi umudlarımı,
Səbrini paylayıb duyğularıma.
Bilmirdim qarğıyım buzu,qarı mı,
...sənsə gəlməyirdin...
Qırov eyləmişdi zar çiçəkləri,
Rəngi avazımış gülsatan qızın.
Səmadan yağırdı qar çiçəkləri.
...sənsə gəlməyirdin...
Müqqədəs ruh kimi anırdım səni,
Dikib gözlərimi qibləgahıma.
Simsiyah mantodan tanırdım
səni.
...bir də qoxundan...
Bir də gözlərindən...
İri,alaydı.
Dünya intəhasız onu görəndə,
Dilərdim,kaş onlar belə qalaydı.
...necə alaydı...
Səni gizlədərdi bu dayanacaq,
Xəlvətcə baxardım,getmis ən
bəlkə,
Yosun saçlarını
sevməzdim,ancaq
...səni çox sevərdim...
Bilməm sənə necə,mənə darıydı
Qoxumuş salonu otuzdoqquzun.
Günahkar buzmuydu,
bəlkə qarıydı.
...bəlkə qədəriydi...
Səni götürsəydim öz arabamla.
Lap krallar kimi.
Kareta verin!
Enirkən təzim et!
Yüz arabamla
...səni götürsəydim...
-Çəkil,yol ver enim!
Ayılıram,ah
Qanadı qırılmış xəyallarımdan.
Səni gah görürəm,görmürə m
də
gah.
...bir addım öndəsən...
Bu da qapıları unversitetin,
Mənim duracağım son vida yeri.
Enib ayrılırıq sən sus,mən mətin...
Daha görüşmədik o gündən bəri.
İlləri ötürüb ağlı qaralı,
Sənin xəyalınla sənsiz yaşadım.
Sarı sünbül kimi süsənə qalıb,
Bəhərsiz yaşadım,dənsiz
yaşadım.
Həsrət oyalandı kədər adına,
Bir ömür boynumda töhmətə
döndü.
Nələri unutdum qədər adına,
Nələri itirdim,qismətə döndü.
Səni unutmadım.
Hər qar gələndə
Duyuram,səmadan baxırsan
mənə.
Durnalar dönəndə,bahar gələndə
Şimşək gözlərinlə çaxırsan mənə.
İllərdi susqunam,dalmış am
qəmə,
İçimdə qüssədi,kədərdi ,vallah.
Bir zaman görüşsək günahkar
demə,
Günahkar qişmətdi,qədərd
i,vallah!
*
5.0
100% (5)