0
Yorum
6
Beğeni
5,0
Puan
667
Okunma
Tərs gələr yumurtaları
bizim toyuqların,
qırxılar quzuları
bizim qoyunların,
bizim dənizlərin
balıqları doğmazlar,
bizim arxların
qurbağaları quruldamazlar...
avqust böcəkləri qarıncalardan
iyi yaşarkən
bu payız köçən
durnalara qoşulub
getmək keçir könlümdən...
...
Bir topraq tapdanmış,
bir daş mamır
bağlamış,
bir cüt ulduz gözlər
qaranlığa gömülmüş...
və bəyaz,
siyah
qədərlə,
və yaşıla dönməyəcək
son bahar sarıları...
Mənə kəndimi
xatırladanlara
acıyıram.
5.0
100% (5)