0
Yorum
4
Beğeni
5,0
Puan
794
Okunma
Salam,soyumdan gələn
Əslim,qan yerim,salam.
Ay mənim paşa yerim,
Xanım,xan yerim,salam.
Əzab,çilə bitməmiş,
Silə-silə,bitməmiş,
Çəkir hələ,bitməmiş,
Canım,çan yerim,salam.
Umutlar yağan yerim,
Zülməti boğan yerim,
Günəşi doğan yerim,
Mənim dan yerim,salam.
Salam,evim-eşiyim,
Anam çəkər keşiyim,
Mənim topraq beşiyim
Salam,son yerim,salam.
5.0
100% (3)