1
Yorum
4
Beğeni
5,0
Puan
640
Okunma
Mən bir dəli aşiqəm, istərəm vəfa səndən,
Qoy sürüm eyşü-işrət, mən görəm səfa səndən.
Məhəbbət ülvi hissdir, onu hər kəs anlamaz,
Özün yet imdadıma, qoy gəlsin şəfa səndən.
Layiq deyil sevəni çəkəsən imtahanə,
Mən görəm zülmü-sitəm, çox cövrü-cəfa səndən.
Hər gözəlin görünür, üzdə bir nöqsanı var,
Əflatun görməyibdir qeyri basəfa səndən.
20.07.2018.
5.0
100% (1)