2
Yorum
3
Beğeni
5,0
Puan
564
Okunma
Yağış yağır narın-narın,
Hava yaman soyuyubdur.
Şirin-şəkər arzuların
Qoynunda qəlb uyuyubdur.
Səhərin erkən çağında
Ürəklərə nur ələnir.
Göy üzündən gələn rəhmət
Yer üzünə səpələnir.
Bezirik lap, dözəmmirik
Yayda isti, qış soyuqdan.
Çatmır daha səbrimiz də,
Darıxırıq biz nahaqdan.
Bu da Haqqın bir lütfüdür
Yaratdığı varlıqlara.
Kəm eyləməz ruzisini,
Salsa bizi darlıqlara.
İsti-soyuq imtahandır,
Hər şeyin bir çarası var.
Təbiət öz işindədir,
Hərdən ağı, qarası var.
Dünyanın hər cür işinə
Biz də hazır olmalıyıq.
Hər nə gəlsə Haqdan bizə,
Payımızı almalıyıq.
17.07.2018.
5.0
100% (2)