2
Yorum
3
Beğeni
5,0
Puan
558
Okunma
İlahi, bu milləti
Şeytan şərindən qoru.
Hamı bilir haradı,
Zəif yerindən qoru.
Qocası xəriflənir,
Cavanı həriflənir.
Yalanı təriflənir,
Biri-birindən qoru.
Varlısı ad-san gəzir,
Kasıb həyatdan bezir.
Ürəkləri dərd üzür,
Qəlbi sərindən qoru.
Sənə əl açıb düzü,
Əflatun deyir sözü.
Kimdi qoruyan bizi?
Özün dərindən qoru.
14.07.2018.
5.0
100% (1)