1
Yorum
4
Beğeni
5,0
Puan
910
Okunma
Od qoyub sinəmə, üfürmə hədər,
Daha alışmaram, sərinəm indi.
O közüm, ocağım çoxdan sönübdür,
Olmuşam bir susqun, səri nəm indi.
Öymə gəl özünü " gözələm " deyə,
"Baxma hər gözələ, gözəl əm " deyə,
Yazıq o günə ki, göz ələm deyə,
" Mənəm " deyənlərin səri nə mindi?
Az məni atəşə yandır, yax amdan,
Söz deyim köhnədən, söküm ya xamdan?
Qocalıq əl atıb tutub yaxamdan,
Gəlib Əflatunun sərinə mindi.
11.07.2018.
5.0
100% (3)