3
Yorum
3
Beğeni
5,0
Puan
724
Okunma
*
" " "
Çox dilədik Tanrım,dedin
düzəlməz,dilək düzəlməz.
Bəs yazmışdın alnımıza?...
Düzəlməz,silək,düzəlməz.
"
Gəl döndər qırxı tərsinə,
su gələn arxı tərsinə,
fırlanır çarxı tərsinə...
Düzəlməz,fələk düzəlməz.
"
Ruzi gələn deşiyinə,
dəyirman-dən deşiyinə,
çöp soxma sən deşiyinə,
düzəlməz,ələk düzəlməz.
"
İnsafı yox səkən daşın,
göz çıxaran,tökən daşın,
altına bax çəkən daşın...
düzəlməz,kələk düzəlməz.
"
Düşünmə çilə gedəcək,
hələ çox zilə gedəcək,
bu gediş belə gedəcək,
düzəlməz,ölək,düzəlməz.
" " "
5.0
100% (2)