1
Yorum
1
Beğeni
5,0
Puan
747
Okunma
DOKTOR,MƏNƏ DƏLİ DE
Doktor,mənə dəli de
Amma,xəstəsən demə.
Sənə bir ilaç verim
Əgər istəsən-demə.
Bu dərmanın,ilacın
Xeyiri yoxdur mənə.
Məni Allaha tapşır,
Dua et doktor mənə.
Al bu qələm kağızı,
Bircə kəlmə umud yaz.
Vallah bir şeyin yoxdur,
Ağlındakın unut-yaz.
Bilən yoxdu qardaşdan,
Bilən yoxdu bacıdan,
Xəbərin varmı doktor
İçimdəki açıdan.
Ayağım bədənimi
Ölüm-zülüm hərləyir.
Sən Allah söylə,doktor
Yoxsa ölüm hərləyir?
Deyirsən yağlı yemə,
Duzlu şey yemə.Yaxşı.
Çaresi yoxsa,egər
Anama demə,yaxşı?
Ya özün əlac eylə,
Vermə naşı əlinə.
Ya öldür birdəfəlik
Götür daşı əlinə.
Döndər, o tək balanın
Başına döndər məni.
Göndərirsən evimə
Sağaldıb göndər məni.
Doktor,mənə dəli de,
Amma,xəstəsən demə.
Sənə bir dərman verim
Əgər istəsən-demə.
5.0
100% (1)