1
Yorum
1
Beğeni
5,0
Puan
620
Okunma
Sevməzdim qadını adına görə,
Mən sizi sevərdim,qadın əlləri.
Sevməzdim sevginin dadına görə,
Mən sizi sevərdim,qadın əlləri.
Gözəl,incə,zərif,toppuş sevərdim,
Qızılgül qoxusu hopmuş sevərdim,
Əlimdən qopsaydı qopmuş sevərdim,
Mən sizi sevərdim, qadın əlləri.
Xəstənin dodağı buz sevən kimi,
Yavanlıq üstündə düz sevən kimi,
Sevərdim mən sizi qız sevən kimi,
Mən sizi sevərdim,qadın əlləri.
Deyərdim üstümü örtə o əllər,
Sıxam yanağıma pörtə o əllər,
Yaman ertə getdi,ertə o əllər...
Mən sizi sevərdim,qadın əlləri.
Qaldı xatirələr qara yerində,
Gönlümün yaralı yara yerində,
Öpüşlərim getdi ara yerində...
Mən sizi sevərdim,qadın əlləri.
5.0
100% (1)