1
Yorum
2
Beğeni
5,0
Puan
569
Okunma
Bir gün iztirabsız yaşamaq olmur
Hər gün darvazandan baxır iztirab.
Sən korsan elə bil həyat yol kimi,
Hər çala iztirab,çuxur iztirab.
Doqquz ay iztirab yaşatdın,məgər
Sən doğdun,varlığın sənə iztirab.
Ən gözəl anların məhəbbətinlə,
Yenə qüssə,kədər yenə iztirab.
Alnında puçurlar-iztirabların,
Bəzən unudursan həqiqətləri.
Həqiqət tərləyir yanaqlarında,
Əsl insan təri-həqiqət təri.
İlk rəngi süzməsən çay köpüklənər,
Rəng rəngə düşmənsə,bu iztirabdır.
İsraf elədinsə ləzzət aldığın
Yemək iztirabdır,su iztirbdır.
Gah olur qədərin qəzaya düşür,
Çatılır alnında düz qırışların.
Dilinin ucunda ilana dönən
İztirab ufultun,üz qırışların.
Daha çok bədbəxtsən,xöşbəxt deyilsən,
Sən yalnız xoş baxtı bulanda osan.
Dağın təpəsində,suyun dibində
Ruhun təmiz vaxtı bulanda osan.
...Bədbəxtlik iztirab,xoşbəxtlik hüzur,
Könlün firavandı hüzur yerində.
Hüzur bitən kimi iztirbların
Qara yelkən açıb üzür yerində.
İztirab ölümün ağzında şəkər,
İztirab tapdanmış lək çiçəkləri.
Ayrılıb ruhundan Tanrıya qaçan
Kədər huriləri,qəm mələkləri.
*
5.0
100% (1)