0
Yorum
2
Beğeni
5,0
Puan
870
Okunma
Nə ovum,şikarım ola,
Nə qulum,nökərim ola,
İkicə təkərim ola,
Çıxam gedəm bu yerlərdən.
Həyat yekrəng,boz,bayağı,
Bu dam,bu daxma sayağı,
Çəkəm altından dayağı,
Yıxam gedəm bu yerlərdən.
Sellərin halına düşüb,
Dağların yalına düşüb,
Bir çayın dalına düşüb
Axam gedəm bu yerlərdən.
Ərimir ruhumun donu,
Vətən başı,Vətən sonu,
Gözümün yaşına onu
Sıxam gedəm bu yerlərdən.
*
5.0
100% (2)