0
Yorum
1
Beğeni
5,0
Puan
563
Okunma
*
Kurmayların çocuqları
bizi döyürlər,
və ləzzət alırlar
ağzımız qanayanda,
sümüklərimiz xışıldayanda,
sinələri qabarır
qürurun hikkəsindən,
mədələrində qıcqıran
bahalı şərabın
artığını tükürürlər
dədələrimizin goruna,
üzümüzdən iyrənirlər,
topraq kimi
qara üzümüzdən,
kölələrə qanı
qaynamaz onların,
ürəyi yanmaz
aldadılmış və unudulmuş
bizlərin aciz çığlıqlarına...
Onların bir məmləkət
dolusu paraları,
silahları,silahdaşıyanları,
bizi döymək haqları...
və Allahları vardır.
Bizimzə qaybetməyə
qorxduğumuz dəmir
zəncirlərimizdən başqa...
allahımız ... yoxdur.
Biz susuruq...
susmaq qızılımızdı
bizim,
və susurkən ağıllı
oluruq,leyləklər kimi...
Biz leylək yavrularıyız,
babamız bir axşam
çöp qutularının
yanında bulmuş bizi,
bir məmləkət dolusu...
Haqsızlıq bitdiyi
yerdə böyüyər!
...
5.0
100% (1)