1
Yorum
3
Beğeni
5,0
Puan
779
Okunma
(sonbahar şeirlərindən)
Bir sonbahara da
mərhaba dedik,
üzdük ürəyini ömrün
təqvim varaqlarında,
mövsümlər yaşadıq
bitməyən yolların
tikənlərindən keçərək.
Anılar qaldı izlərimizdən
toz basmış aynalar
kimi.
Bir də xəzan
dedik sonbahara,
güz güllərin
qoxusundan dedik,
həsrət yaşlarını
ağlayan gözlərin
yağmurlarından dedik,
xəzəl olan
ömürlərdən dedik.
Ürəklər titrərkən sevdalarıyla
bir ümid ölər
sis bürümüş
yollarında həyatın,
gözləri qapanmaz.
Ölürkən ümidlərin
gözləri qapanmazmış
kömür qoxuyan
topraqlarla.
Xəzan,ah xəzan!
Həp əlvidaymış
ağlındakı!...
Əl sallar mənə
bir karvan da
böylə köçər,
köçmən quşlar kimi.
Məndən gedər
o köçənlər,
mənə dönməməyə
gedərlər.
Məndən gedənlər
mənə dönməzlər...
heç dönmədilər ki!
Anlat məni,xəzan,
təkcə sən anlata
bilirsən,
qırx iki ayaqlarımla,
otuz altı hərarətimlə
deyil,
sənə tutqun ruhumla
anlat məni.
Nə bu,üfüqlərdəki
saraltıların,
nə bu,rüzgarların,
nə bu,yağmurların?!
Tanrı mı oldun
göyün buludlarına,
bir ovucluq kölçələrdə
qəfəs mi oldun
muncuq damlalara-
məhbus kişilərin
göz yaşlarına.
Ağlat məni.xəzan!
Təkcə sən
ağlada bilirsən.
Tüm özgürlüklər
səndə ölürmüş,
ağlat məni ölümlərinə,
ölən özgürlüyümün
ölümünə ağlat məni!
Kişilər ağlamazlar
deyirlər ya,
mən ağlaram,xəzan,
mən ağlaram!
5.0
100% (3)