Ödünç alınan son kuruşla ödenen ilk kuruş arasında tabii muazzam bir fark vardır. goethe
Anar Əhəd
Anar Əhəd

Molla əmi

Yorum

Molla əmi

1

Yorum

0

Beğeni

0,0

Puan

913

Okunma

Molla əmi

Günü gündən dəyişərkən şəhərün molla əmi!
Ona bənzər dəyişir hər səhərün molla əmi!
Qoca dünyaya olannan dəyərün molla əmi!
Qabarır hər şeyə nəfsin, nəzərün molla əmi!

Bu gözəllik, bu lətafət, bu məlahət necədi?
Sənə təsir eliyib, canda hərarət necədi?
Bunu bir yanə qoyaq, bir de – cəhalət necədi?
Xaliqin surəsi üstündə ticarət necədi?
Hər hüzrdən nə qədərdir nəmərün molla əmi?!
Nəməründən nədi xeyrün, zərərün, molla əmi?!

Nəməri yaxşıdır ki, molla əmi porşe sürür.
Daha yoxdur əminin zərrə qəmi, porşe sürür.
Dəyişib boy – buxunu, həm qədəmi, porşe sürür.
Hələ var nömrəsi fuldur rəqəmi, porşe sürür.
Kasıb ömrün dəyişər bir təkərün, molla əmi!
Kaş səxavətdə olaydı hünərün, molla əmi!

Tulla əmmaməni min porşeyə sür çıx şəhərə.
Hurilər başqa gözəllik gətirirlər xəzərə.
O gözəllər kişinin ömrünü verməz hədərə.
Tay – tuşun gündə salır meylini bir cür qəmərə.
Girmisən məscidə yoxdur xəbərün molla əmi!
O səfa zövqünə olsun səfərün molla əmi!

- O ki nəfsanidi qul olma Xuda ayə deyər.
Olmaram mən ona qul çünki, dilim tövbə deyər.
Elə şeylər eləsəm, həm mənə millət nə deyər?
Tüpürər cəmdəgimə bir sarı bəlğəm və deyər,
Bumu Allah, sənə sadiq nökərün molla əmi?!
Təkcə ismin var imiş, yox təpərün moll əmi!

Gecə - gündüz oxuyur lənəti qovsun cini bu.
Bəzəyib zahirini gizli tutub batini bu.
Hansı nəfsin qınıyıb təbliq edir həq dini bu?
Sanki, tək nəfsi üzündən oxumur yasini bu!
Bilirəm mən necədir ağ ciyərün molla əmi!
Görürəm həm, nədi aşkar içərün molla əmi!

- Sənə Qur’an havayı xətm edəcəm gir məzara.
O qədər yollamışıq biz belə şair məzara.
Seyidin fatihəsindən sora Sabir məzara.
Sən ölən gün səni biz basdırarıq bir məzara.
Oxuyar yasinüvi bəxtəvərün molla əmi.
Qara, ağ çalma edər həndəvərün molla əmi.

Ay əmi, zənn eləmə mən sənə qusdum kinimi.
Giley etdim, nə günə qoymusan islam dinimi.
Hələ mən yasin ilə bəsləyirəm batinimi.
Ki aparsın əməlim axirətə yasinimi.
Mən öləndən sora yoxdur səmərün, molla əmi!
Həmi dəyməz mənə heç bir xətərün, molla əmi!
Düşəcək dillərə məndən əsərün molla əmi.

Müəllif: Anar Əhəd

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 
Molla əmi Şiirine Yorum Yap
Okuduğunuz Molla əmi şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Molla əmi şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Al mira
Al mira, @al-mira
3.11.2016 16:30:52

Sənə Quran havayı xətm edəcəm gir məzara.
O qədər yollamışıq biz belə şair məzara.
*Seyidin fatihəsindən sora Sabir məzara.
Sən ölən gün səni biz basdırarıq bir məzara.
Oxuyar yasinivi bəxtəvərün molla əmi.

Ay əmi zənn eləmə mən sənə qusdum kinimi.
Giley etdim, nə günə qoymusan islam dinimi.
Hələ mən yasin ilə bəsləyirəm batinimi.
Ki aparsın əməlim axirətə yasinimi
Mən öləndən sora yoxdur səmərün molla əmi.
Həmi dəyməz mənə heç bir zərərün molla əmi.
Düşəcək dillərə məndən əsərün molla əmi.

Tebrik ederim.çok güçlü bir kalem.başarılarınızın devamlılığı temennim.Saygılarımla üstadım..
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL