1
Yorum
2
Beğeni
5,0
Puan
747
Okunma
İllər durna-qatar gedər,
Qəmgin qəmgin ötər gedər,
Həyatdı bu bitər gedər,
Sənə qalmaz,mənə qalmaz.
Rüzgar olsan əbəs belə,
Dəryalardan keç əs belə,
Ölər bir gün həvəs belə,
Sənə qalmaz,mənə qalmaz.
Şeh üstündə gəzmə,yazıq...
Yaprağını əzmə,yazıq
Son çiçəkdir...
üzmə yazıq,
Sənə qalmaz,mənə qalmaz.
Hər yaşılın sonu sarı,
Tər gözəlin sonu qarı,
Dünya dedik,hanı varı
Sənə qalmaz,mənə qalmaz.
<>
5.0
100% (1)