2
Yorum
1
Beğeni
5,0
Puan
746
Okunma
Cəhd elə, sirdi həyat, anlamağı öğrən oğul,
Sözünü hikmət ilə donlamağı öyrən oğul.
Sabahın eşqi hanı cuş eləyir qanda həmən,
Sübhü duy, vaxtını bıl,banlamağı öyrən oğul.
Günü dəryada keçən yelkəni yox bir gəmi sən,
Diqqət et sahilinə yanlamağı öyrən oğul.
Hər kəsin izzəti var nəfsinə hakim qılınıb,
Lafını etmə naxoş,danlamağı öyrən oğul.
Vahidəm,mən babayam,çünki nəsihətdi işim,
Bədava sanma ucüz, dinləməyi öyrən oğul.
<>*
5.0
100% (1)