2
Yorum
2
Beğeni
5,0
Puan
637
Okunma
Kiraz erkən pöhrələdi,
Anamdan xəbər olmadı.
Çiçəklədi,bəhrələdi,
Anamdan xəbər olmadı.
Leysan yağırdı,çağırdım,
Yüküm ağırdı,çağırdım,
Başım ağrıdı,çağırdım,
Anamdan xəbər olmadı.
Göklərin üzü qaraldı,
Təndirin közü qaraldı,
Səbrımin gözü qaraldı,
Anamdan xəbər olmadı.
Duman dağdan endi gəldi,
Sis dərəyə sindi gəldi,
Leyləklər də döndü gəldi,
Anamdan xəbər olmadı.
Dörd bacımız qardaşımız,
Nələr çəkmədi başımız,
Döyüldü elçi daşımız,
Anamdan xəbər olmadı.
Rəsminə qara bağladım,
Asdım divardan ağladım,
Ha gəzdim,ha soraqladım,
Anamdan xəbər olmadı.
Boynumda haqqı,minnəti,
Ruhuna Tanrı rəhməti,
Cənnətdən gəldi dəvəti,
Anamdan xəbər olmadı.
<>*
5.0
100% (3)