0
Yorum
1
Beğeni
5,0
Puan
1065
Okunma
Məni itirəndə gözündə itir,
Məni bitirəndə özündə bitir,
Məni götürəndə özünlə götür,
Gedərəm səninlə hayana desən.
Mən Məcnun,sən Leyla deyilmiyik biz,
Səhrada sərgərdan,veyilmiyik biz,
Elə çocuqluqdan deyikliyik biz,
Gedərəm səninlə hayana desən.
Sehrinlə eləsən quş da gedərəm,
Qatara qoşulub başda gedərəm,
Söyləsən qış da get,qışda gedərəm,
Gedərəm səninlə hayana desən.
Yaxanı eyləyib dar bilə bilə,
Səbrimi incəltmə yar,bilə bilə,
Yolları duman,çən,qar bilə bilə,
Gedərəm səninlə hayana desən.
Canım boğazımda,can üstə ikən,
Ürəyim yaralı,ürəyim tikan,
O hankı güzargah,o hankı məkan,
Gedərəm səninlə hayana desən.
<>*
5.0
100% (1)