Kılavuzu para olana her kapı açıktır. shakespeare
Vahid Sabah
Vahid Sabah

QORXMA UÇ,QARANQUŞ

Yorum

QORXMA UÇ,QARANQUŞ

( 2 kişi )

0

Yorum

2

Beğeni

5,0

Puan

686

Okunma

QORXMA UÇ,QARANQUŞ


Rüzgar yulğunları
yırğalayar,yovşanları
qoparar kökündən,
simsiyah buludları
qovar gətirər,
asar toprağın
başı üstündən.
Qorxarsan Qaranquş,
həyəcanlı civiltilərinlə
uçarsan,qanadların
topraq qoxusunu
duyarmış kimi,
ən alçaqdan uçarsan.
Təlaşın tüklərini
yıkıyacaq yağmur
damlalarının soyuqluğundan mı,
siyah buludların
doğduğu şimşəklərin
gurultusundan mı,
bəlkə,dimdiyinin
daldığı cücülərin,
böcəklərin qaçıb
girdiyi çatların
dərinliyindən mi...
Təlatümlərin sardığı
həp günəşin təbəssümünə
süslənmiş göklərdə
uçmağa nə var ki.
Həfif quzey yellərinə
qanad çalmaq,
başı kolpan söyüdlərin
salxım budaqlarında
yellənmək nə hünər
istər ki,səndən.
Zatən,səni ucadan
uçan görmədim!
Cəsarət qartalları
kimi gözümdə
nöqtəyə dönmədin
səmanın xəyalpərvərliyində.
Acımasız rüzgarların
geşt elədiyi bir bucaqda
yuva qurmadın,
cəsurluğun yalnız
alçaq şilvərlərin
sakinliyinə yetərmiş,demə.
Yaramaz bir
ev cocuğunun
sol ayağına taxdığı
halqadaydımı yaşamın
zinəti...bəlkə.
Yavrularını bir gün
uçuracağın göklərin
genişliyini,əzəmətini
daş divarların duyğusuz
sakinliyinə dəyişmək.
Dəyər mi,Qaranquş,
dəyər mi!

Bir gün səmanın
qara buludları
çəkilib gedəcək,
mavidən də mavi,
tərtəmiz olacaq səma.
Öylə gözəl olacaq ki,
uzun yolların qonşuluğunda
qərib yolçuların
susuzluğuna könül
vermiş qoşa bulağın
suyundan içirkən
anidən baxacaqsan
və duyacaqsan
səmanın ənginliklərini,
içində duyacaqsan
qəlbindən bir ucu
sonsuzluğa sancılan
könül iplərində
özgürlüyün əsrarəngizliyinə
heyrət edəcəksən...
və utanacaqsan
bir zaman qorxduğundan,
qorxub da alçaqdan
uçduğundan utanacaqsan,
firtınalarda,təlatümlərdə
yağmurlarda uça
bilməməkdən utanacaqsan...
Qorxmaqdan utanacaqsan,
Qaranquş!
*

Paylaş:
2 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (2)

5.0

100% (2)

Qorxma uç,qaranquş Şiirine Yorum Yap
Okuduğunuz Qorxma uç,qaranquş şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
QORXMA UÇ,QARANQUŞ şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL