0
Yorum
0
Beğeni
0,0
Puan
793
Okunma

Boşdu ürəklər küçələr kimi
Boşdu hisslər ilk baxışlar kimi
Yox nə həqiqət, nə səmimiyyət
Var yalan,nifrət var rəzalət
…………………………………
Təbbiətin səhvi cəmiyyətin qəsdi
Maniken şəxsiyyətlər olub vəhşilər
Ailələr qalıb kənarda mövzu sevgilər
Yada olmayan hisslərdən yarandı nifrətlər
……………………………………
Daha nələr gələr dəbə ?
Əməllər çalışır əsəblərə
İlk dəfə gördüm ağıl aciz qaldı hisslərə
Gördüm tanrı köməysizdi minlərə
………………………………..
Gördüm necə qorxu düşdü cana,
Bildim necə pul dərddi hər insana
Eşitdim necə olur inananda istədiyin yalana
Hiss etdim necə dağılarmış illərlə qurduğun dünya
……………………………..
Necə çalışarlar səni məhv etməyə
Hətta sümüklərini belə gəmirməyə
Əgər fərqlənsən bu cəmiyyətdən
Seçilərsən necəki seçilir qəddarlıq mərhəmətdən.
Müəllif. Anar İsgəndərli ( Arlin Eden )