0
Yorum
3
Beğeni
5,0
Puan
1959
Okunma

Bilmirəm , daha nə fikirləşim ?
Əgər hələdə mümkündürsə
Bilmirəm nə edim ? hara gedim
Ayaqlar getmir, əgər sürünərsə
Şəkillər,səslər və insanlar
Bunlar deyil həqiqət nə yalan
Yadıma gəlir mühüm anlar
Təssəlim oldu yaddaşımdakı məqamlar
Qismətmi ? Talehmi-əcəlmi ?
Deyərsiz cavabın sonu nə ?
Həyatda,yoxsa saxladıq bir tərəfəmi ?
Nə nağıl,nə mahnı, nə var imiş nəğmə
Sənsizliyə alışdım ,zamanla qaçaraq
Hə unutdum səni,tarixdə itib-bataraq
Nə qədər inandırsam da özümü
Getmisən artıq əbədi hər kəsi unudaraq
Yoxdur bəlkədə tanrıdan başqa dost
Çoxdur nəğmədə ağrıdan aşkar söz
Bəlkə budur səhv nəyisə düşünməklə ?
Qorxaraq, getməyib ,gedə bilib gələcəyini bilməklə
Xatirələr olmur sözlərlə,şəkillərlə
Nədə ki, anla və xoş fraqmentlərlə
Düzünü mən müəyyən etdim keçən zamanla
Xatirə-gedənin əvəzinə gələnin üzündəki cizgilərlə
Mən hələdə çürüdə bilmirəm içimdəki mənləri
Mən hələdə tapa bilmirəm mənim kimi təkləri
Yoxdur ümüdüm ,inamım və son sözüm
Sənə qovuşacam ,paylamadan səbrləri.
5.0
100% (1)