2
Yorum
4
Beğeni
3,7
Puan
2157
Okunma

Şairlər tərk edir gedir bu diyarları
Bu diyarlar çox dəyişib çoxalıb
kədərlər,
Yalanlar dar ağacına gətrir
həqiqətləri,
Həqiqətlər pərdə arxasında qalıb.
Dil nökərdi, qəlb üsyankar,
Gözlər görür amma izah edə bilmir.
Qulaqlar sevir yalanları.
Fikirlər işğalçı dövlətlər olub,
Əllər məcbur intihar kəndirini
dartır.
Bu diyarların kədərləri çoxalıb
şairləri azalıb.
Rəzalətlər küləklər kimi sürətli əsir
Səfalətlər baş alıb gedir
Bu diyarlarda mərhəmətlər
köməksiz qalıb,
Vicdan sükuta qərq olub,
Dualar səmimiyyətin deyil mənfəətin
gözətçisi olub.
Gəl dostum gəl gedək biz də bu
diyarlardan
Bu diyarlarlarda daha yoxdur
səmimiyyət
Var yalan, nifrət var rəzalət..!
Müəllif : Anar (Arlin Eden )
5.0
67% (2)
1.0
33% (1)