0
Yorum
2
Beğeni
0,0
Puan
1754
Okunma

Qərənfiləm azadlığa zindan
Vətənəm işğalda torpağa həsrət
Bir gecəyəm qanla boğulan tarix
Azadlığam susdurula bilməyən səsəm.
Qanlı qara iyirmi yanvara bürünmüş yarayam
Azərbaycanam, Bakıdan vurulanam
Axan günahsız qanlaram,xəzərin göz yaşlarıyam
Doxsanlaram unudulmayan dərin yaralaram.
Millətəm azadlığa qan səpilmiş bir gecəyəm
Günahsız,silahsız türkəm , tankların önündə
əyilməz gücəm.
Qanlı yaralar izləriyəm yanvar
yaddaşıyam
Fəryad səsləriyəm əllərin cəllad olduğu gecədə
Bir millətəm, qanla yazılmış
zəfərəm,Azərbaycanam ,dalğalanan üç rəngli
bayrağam.
Müəllif: Anar İsgəndərli (Arlin Eden