2
Yorum
3
Beğeni
5,0
Puan
1334
Okunma

Tənhalıq küləyi əsirdi bir sabah,
biraz üşüdüm.
Otağımın qapısı cırıldayır sanki
sənsizlik qapımı açıb,qaçır.
Gecəmin sükutuna qışqırır
xəyallarının şıltaqlığı
Fikirlərimin dalğası sənin,
sahillərindən uzaq
Ayaq yalın qaçan bir uşaq tək,
qaçıram, sənə gedən yollardan
Məhbus oldum, yalnızlığın
,sən qoxan hüzurunda
Gedənlər getdi, bütün yollara
verildi ayrılıq adı
Susqunluğumu yorğunluq dəfn etdi.
Yarımçıq qaldı yazılmamış məktublar,
intihar edən sevgilər.
Qəlbimin qaranlıq otağında
sənsizlik masasında içirəm.
Sevgi virusunun əbdiliyinə
yoluxmuş xəstəyəm
Dərdlərimin adı sən,
yaralarımın izi yoxluğun
İki qədəh bir parça şeir
qalıb səndən, mənə
Yalnızlıq limanında buraxdığın
izləri axtarıram.
Sevgi gəmisinin ,ayrılıq kapitanı.
Anar_Arlin
5.0
100% (1)