1
Yorum
2
Beğeni
5,0
Puan
2845
Okunma

Bayraq qandır ,bayraq intiqamdır.
Şəhidlərin qanıdır,qəlblərində odlanan üsyanıdır.
Vətənin namusudur,millətin şərəfidir.
Torpağın başlanğıcıdır,şəhidlərin müqqədəs andıdır.
Bayraq üç rəngli səmadır.
Zülmətə doğan bir günəşdir
Ümüdlü sabahın qürür mənbəyidir
Kədərləri dəfn edən təsəllidir.
Bayraq bizim əmanətimizdir
Soyumuzdan gələn qüdrətimizdir
Odlar yurdunun göz nurudur
Düşmənlərin göz dağıdır.
Bayraq vətənin başlanğıcıdır.
Bir alınmaz qalanın dastanıdır
Zirvələri fəth edən üç rəngli qartalımızdır
Canımızda qanımız ,qanımızda istiqlalımızdır.
Bayraq milli mənsubiyyətdir
Əbədi müstəqillik deməkdir
Bayraq kimlikdir, dildir
Millətin sonsuz mədəniyyətidir.
5.0
100% (1)