1
Yorum
1
Beğeni
0,0
Puan
967
Okunma
O qoşa ağaca
bir nəzər sal da-
sanırsan ki,
bu doğmalıqdan bir az da dərinə işləyir kökləri
ucalırlar göyə bir az da-
bir az da,yəni çox...
İki uzaq ev yaxınlıq edir-
qapılarını taybatay açıb bu iki ev,
umu-küsü götürülüb deyə ortadan
hasarlar da ayırmır
birləşdirir sanki...
Bir cüt alabaxta
bir-birinə dimdiklərini uzadıb,
elə bil bu onu,o bunu əzizləyir,oxşayır-
yəni insanlar,baxın,belə yaxşıdır...